“Gələcəyə nəfəs!” aksiyası çərçivəsində 111 111 ağac əkiləcək
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin bütün bölgələrini əhatə edəcək aksiya çərçivəsində 111 111 ədəd ağac əkiləcək. İnanırıq ki, əkilən bu ağaclar gələcəkdə geniş yaşıllıq sahələrinə çevrilərək, ətraf mühitə böyük tohfə olacaq”, – ETSN-in mətbuat katibi İradə İbrahimova deyib.
Nazirliyin sözçüsü, bu il noyabrın 11-i istirahət gününə düşdüyü üçün Azərbaycanda aksiyanın 12 noyabr tarixində keçiriləcəyini diqqətə çatdırıb.
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin və əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsindən başlanan ağacəkmə aksiyasına Türk Dövlətləri Təşkilatı ölkələrinin ölkəmizdəki səfirliklərinin nümayəndələri də qatılacaq. Müşfiqabadda 1 111 ədəd ağac əkiləcək”, - İradə İbrahimova diqqətə çatdırıb.
AzVision.az
Teqlər: ETSN Müşviqabad ağacəkmə







Vaxtında, Aydın, Lazımlı!


